19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
Tramp İran üçün yeni liderlik tapmağın vaxtı çatdığını söylədi
Tarix: 17-01-2026 21:24 | Bölmə: Manşet

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp İran üçün yeni liderlik tapmağın vaxtı çatdığını söylədi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri "Politico" qəzetinə verdiyi açıqlamada bildirib.
Tramp İslam Respublikasının Ali Lideri Əli Xameneinin hakimiyyətinə son qoyulmasına çağırıb.
"İran üçün yeni liderlik tapmağın vaxtı çatıb", - deyə, Amerika prezidenti bildirib.
Trampın sözlərinə görə, hazırkı administrasiya dövründə İran "yaşamaq üçün ən pis yerə" çevrilib.
Daha əvvəl Xamenei İranın Trampı insan itkilərinə, respublikaya dəyən maddi ziyana və böhtana görə məsuliyyət daşıdığını bildirmişdi. Ölkənin Ali Lideri həmçinin vurğulayıb ki, Tehran müharibəyə girmək niyyətində deyil, lakin iğtişaşlara görə məsul olanları cəzalandırmalıdır.



Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər