Bütün xəbərlər
Zaxarova: "Kallasın İranda rejim dəyişikliyi ilə bağlı açıqlaması diplomatik normaları pozur"
Tarix: 14-01-2026 11:07 | Bölmə: Manşet

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyi diplomatı Kaja Kallasın İranda siyasi rejim dəyişikliyi istəyi ilə bağlı açıqlamasını bütün diplomatik normaların pozulması adlandırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu açıqlamanı "Sputnik" Radiosunda verib.
Rusiya diplomatı 13 yanvarda Berlində çıxışı zamanı Kallasın açıqlamasına münasibət bildirib. Avropalı diplomat qeyd edib ki, İrandakı rejimin süqut edib-etməyəcəyini bilmir. O bildirib ki, "güclü alternativlərə" ehtiyac var və Avropa Birliyi bu ölkədə "vətəndaş cəmiyyətini" dəstəkləyir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: "Diplomatiya ilə məşğul olan - vurğulayıram ki, diplomatiya - bir rejimi devirmək üçün ölkənin vətəndaş cəmiyyətinə güvəndiyini deyəndə bu, iyrəncdir".
Zaxarova belə açıq hücumu yenilik adlandırıb.
İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyutanın devalvasiyası səbəbindən başlayıb. Devrilmiş Şahın oğlu Rza Pəhləvinin çağırışlarından sonra 8 yanvarda internetin bağlanması və polislə toqquşmalarla müşayiət olunan etiraz yürüşləri gücləndi.Ölkənin BMT-dəki Daimi Nümayəndəsi ABŞ və İsraili iğtişaşları təşkil etməkdə günahlandırdı.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər