Bütün xəbərlər
Orban: "Ukraynaya 800 milyard avro vermək Avropanın iqtisadi çöküşünə səbəb olacaq"
Tarix: 11-01-2026 20:12 | Bölmə: Manşet

Macarıstanın Baş naziri Viktor Orban xəbərdarlıq etdi ki, Kiyevə 800 milyard avro vermək Avropanın iqtisadi çöküşünə səbəb olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Avropanın Ukraynaya vəsait ayırması məsələsi ilə bağlı fikrini X sosial media platformasında bildirib.
"Ukrayna hərbi xərcləri nəzərə almadan növbəti on il ərzində 800 milyard avro istəyir.Bu, Avropanı zəiflədəcək və iqtisadi çöküşünə səbəb olacaq", - Orban yazıb.
Baş nazirin qeyd etdiyi kimi, Macarıstan vətəndaşlarını Ukraynadan daha çox prioritetləşdirməyə davam edəcək.
3 yanvarda Ukrayna 10 il ərzində 800 milyard dollarlıq iqtisadi artım planını elan etdi. Orban Kiyevin maliyyə tələblərini kəskin tənqid edərək, Ukraynanın tələbinin yerinə yetirilməsinin nəticələrini "dəhşətli" adlandırdı. Xüsusilə, Orban qeyd etdi ki, Kiyevin elan etdiyi məbləğ Macarıstanda 40 il pensiya və ya 60 il ailə müavinətləri ödəmək üçün kifayət edəcək.
Orbanın dediyi kimi, Kiyev rejimini maliyyələşdirmək, eyni zamanda korrupsiyanı təşviq etməklə yanaşı, dibsiz bir çuxura pul atmaq kimidir.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər