Bütün xəbərlər
Tehran Prokuroru: "İğtişaşçılar ölüm cəzası ilə üzləşəcək"
Tarix: 09-01-2026 20:46 | Bölmə: Manşet

İran hakimiyyəti dövlət əmlakına zərər verən və ya təhlükəsizlik qüvvələri ilə toqquşma edən kütləvi etirazçılara ən sərt cəzalar tətbiq etmək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu dövlət televiziyası IRIB-in məlumatına görə, Tehran Prokuroru Əli Salehi bildirib.
Saleh vurğulayıb ki, vətəndaşların təhlükəsizliyi ölkənin məhkəmə sistemi üçün "qırmızı xətt"dir. Hərəkətləri terrorizm və ya "dövlətə qarşı müharibə" (moharebeh) kimi təsnif edilənlər ölüm cəzası ilə üzləşirlər. Prokurorun sözlərinə görə, bu yanaşma radikal etirazçıları çəkindirmək məqsədi daşıyır.
İranda 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvinin çağırışından sonra 8 yanvarda yeni etiraz dalğası başlayıb. Sosial media xəbərlərinə görə, etirazlar geniş yayılıb və ölkə daxilində internetin bağlanması ilə müşayiət olunub.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər