Bütün xəbərlər
Zelenski Britaniya Müdafiə Nazirliyinin rəhbəri ilə hərbi kontingentin yerləşdirilməsi məsələsini müzakirə edib
Tarix: 09-01-2026 20:28 | Bölmə: Manşet

Kiyevin Baş naziri Vladimir Zelenski özünün Telegram kanalında bildirib ki, Britaniya Müdafiə Naziri Con Healey ilə görüşündə münaqişə bitdikdən sonra Ukraynaya yerləşdirilə biləcək Britaniya kontingentinin işini müzakirə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna üçün əlavə hava hücumundan müdafiə sistemləri üzərində iş hazırda təcili prioritetdir.
Zelenski bildirib ki, "Diplomatiya müharibəyə son qoyacağı təqdirdə Fransa ilə yanaşı yerləşdiriləcək Britaniya kontingentinin necə fəaliyyət göstərə biləcəyini də müzakirə etdik".
O, həmçinin Britaniya hökumətinə və Böyük Britaniya Müdafiə Nazirinə "böyük dəstəyinə" və Ukrayna ilə Böyük Britaniyanın birgə həyata keçirdiyi layihələrə görə təşəkkür edib. Zelenski qeyd edib ki, buraya dronların birgə istehsalı layihələri də daxildir.
Ukrayna Müdafiə Naziri Denis Şmıhal əvvəllər Ukrayna və Böyük Britaniyanın müdafiənin inkişafı üzrə yol xəritəsi imzaladığını açıqlayıb.O, həmçinin qeyd edib ki, London artıq Kiyevin imkanlarının gücləndirilməsinə "əhəmiyyətli töhfə" verib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər