Bütün xəbərlər
Zelenski: "ABŞ ilə Təhlükəsizlik Zəmanəti Sazişi demək olar ki, yekunlaşdırılmağa hazırdır"
Tarix: 08-01-2026 17:24 | Bölmə: Manşet

Kiyevin Baş naziri Vladimir Zelenski bildirib ki, ABŞ-dan Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd praktik olaraq yekunlaşdırılmağa hazırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski özünün Telegram kanalında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rüstəm Umerov Fransada ABŞ tərəfi ilə danışıqların nəticələri barədə ona məlumat verib.
Kiyevin Baş naziri yazıb: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd praktik olaraq ABŞ Prezidenti ilə ən yüksək səviyyədə yekunlaşdırılmağa hazırdır".
Onun sözlərinə görə, danışıqlar zamanı "müharibənin bitməsinin fundamental əsasının mürəkkəb məsələləri" müzakirə olunub.
"Biz başa düşürük ki, Amerika tərəfi Rusiya ilə əlaqə saxlayacaq və rəy gözləyirik", - deyə, o əlavə edib.
Daha əvvəl ABŞ Prezidentinin elçisi Stiven Vitkov qeyd edib ki, Paris danışıqlarının iştirakçıları Ukrayna üçün təhlükəsizlik zəmanətləri də daxil olmaqla bir sıra əsas məsələlərdə əhəmiyyətli irəliləyiş əldə ediblər.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər