Bütün xəbərlər
Rubio: "Venesuela İran, Rusiya, Çin və Kuba üçün komandanlıq mərkəzinə çevrilməməlidir"
Tarix: 04-01-2026 20:47 | Bölmə: Manşet

Venesuela İran, Çin, Kuba kəşfiyyatı, Rusiya və ya şiə hərəkatı Hizbullahın komandanlıq mərkəzləri üçün məkana çevrilməməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, "NBC News"-də Latın Amerikası respublikası ilə bağlı vəziyyəti aydınlaşdırıb.
"Venesuelanı İran, Rusiya, Hizbullah, Çin və ya Kuba kəşfiyyat agentləri üçün komandanlıq mərkəzinə çevirə bilməzsiniz. Bunun davam etməsinə icazə verilməməlidir. Dünyanın ən böyük neft ehtiyatlarının ABŞ-ın düşmənləri tərəfindən idarə olunmasına icazə verə bilməzsiniz", - Rubio vurğulayıb.
Dövlət katibi daha əvvəl Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsinin hərbi əməliyyat deyil, hüquq-mühafizə əməliyyatı olduğunu bildirmişdi.
4 yanvarda İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubundakı Əl-Xiam bölgəsində Hizbullahın filialına zərbə endirərək, qrupu atəşkəs razılaşmalarını pozmaqda ittiham edib.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər