Bütün xəbərlər
Netanyahu: "İsrail Trampın Venesueladakı əməliyyatını tam dəstəkləyir"
Tarix: 04-01-2026 18:55 | Bölmə: Manşet

İsrail hökuməti silahlı qüvvələri Venesuelada "qüsursuz" əməliyyat həyata keçirən ABŞ-ın hərəkətlərini tam dəstəkləyir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Baş nazir Binyamin Netanyahu bildirib.
O, İsrail hökumətinin mətbuat xidməti tərəfindən yayımlanan kabinet iclasında Venesueladakı vəziyyət və prezident Nikolas Maduronun oğurlanması barədə danışıb.
"Mən İsrail hökumətinin ABŞ-ın Venesuelaya qarşı qətiyyətli hərəkətinə tam dəstəyimi ifadə edirəm.Prezident (ABŞ Donald) Trampı təbrik edirik və qüsursuz əməliyyat həyata keçirən Amerika silahlı qüvvələrinə başsağlığı veririk", - deyə, Netanyahu vurğulayıb.
Daha əvvəl Ağ Ev saxlanılan Maduronun Nyu-Yorkdakı Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) binasının dəhlizindən aparıldığını əks etdirən video yayımlayıb.
Tramp Venesuela liderinin ABŞ-da mühakimə olunacağını bildirib.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər