Bütün xəbərlər
Barrot: "Fransa dünyada "ən güclülərin qanunu"nu yaratmağa hazırlaşır"
Tarix: 04-01-2026 18:45 | Bölmə: Manşet

Fransa ən güclülərin qanunu ilə idarə olunan bir dünyaya hazırlaşır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xarici işlər naziri Jan-Noel Barrot beynəlxalq münasibətlərdə yeni bir dövrlə bağlı suala belə cavab verib.
Fransalı nazir "France 2" verilişində ABŞ-ın Venesueladakı əməliyyatı barədə danışaraq açıqlama verib.
"Fransa beynəlxalq hüquq prinsiplərinin artan pozuntularını nəzərə alır və ən güclülərin qanunu ilə idarə olunan bir dünyaya hazırlaşır", - Barrot deyib.
Diplomatın sözlərinə görə, Paris Vaşinqtonun Latın Amerikası respublikasındakı hərəkətlərini pisləyir.
"Heç kim ABŞ-ın bu müdaxiləsini dəstəkləməyib", - Fransa xarici işlər naziri əlavə edib.
Barrot əvvəllər ABŞ-ın Venesueladakı hərəkətlərinin və prezidenti Nikolas Maduronun tutulmasının beynəlxalq hüquqa zidd olduğunu da qeyd edib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər