20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
ABC News: Maduro məhkəmədən əvvəl Bruklin İstintaq Təcridxanasında saxlanıla bilər
Tarix: 03-01-2026 18:15 | Bölmə: Manşet

Karakasda keçirilən əməliyyat zamanı ABŞ qüvvələri tərəfindən əsir götürülən Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka köçürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABC News bu barədə mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlər Maduronun harada saxlanılacağını bilmirlər.Lakin təqsirləndirilən şəxslər adətən Lonq Aylenddəki MDC-Bruklin İstintaq Təcridxanasında saxlanılırlar.
ABŞ 3 yanvar gecəsi Venesuelaya hava hücumları təşkil edib. ABŞ qüvvələri Karakasda və ölkənin digər yerlərindəki hədəfləri məhv edib.
ABŞ Prezidenti Donald Tramp öz növbəsində ABŞ qüvvələrinin Maduro və həyat yoldaşını ələ keçirdiyini bildirib. Onlar ölkədən çıxarılırdı.Venesuela Xarici İşlər Nazirliyi qanuni prezidentin dərhal geri qaytarılmasını tələb edib.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər