20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Tramp Tokayev və Mirziyoyevlə münaqişələrin sülh yolu ilə həllinin vacibliyini müzakirə etdi
Tarix: 23-12-2025 19:31 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistan prezidentləri Qasım-Jomart Tokayev və Şavkat Mirziyoyevlə davam edən münaqişələrin sülh yolu ilə həllinin vacibliyini müzakirə etdiyini açıqladı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri bu barədə özünün Truth Social səhifəsində məlumat verib.
Tramp 23 dekabrda Özbəkistan və Qazaxıstandan olan həmkarları ilə telefon danışığı aparıb.
"Biz davam edən münaqişələrdə sülhün bərqərar olmasının vacibliyini müzakirə etdik", - deyə, nəşr bildirib.
Müzakirə, xüsusən də Ukrayna münaqişəsinin həllinə yönəlib.
Amerika prezidenti ilə söhbət zamanı Tokayev prosesin mürəkkəbliyini qeyd edib və tərəfləri çevik olmağa çağırıb.O, həmçinin Qazaxıstanın danışıqlar üçün platforma kimi xidmət etməyə hazır olduğunu bildirib.





Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər