20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Putin Tacikistan Prezidenti ilə ikitərəfli görüş keçirib
Tarix: 22-12-2025 18:27 | Bölmə: Manşet

Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emoməli Rəhmonla ikitərəfli görüş keçirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tədbirin görüntüləri "Rossiya 24" televiziya kanalında nümayiş etdirilib.
Tacikistan Prezidenti Emoməli Rəhmon bir gün əvvəl, 21 dekabrda Sankt-Peterburqa gəlib. Onu respublikanın xarici işlər naziri, Prezidentin xarici əlaqələr üzrə köməkçisi və digər rəsmi şəxslər müşayiət edir.
21 və 22 dekabr tarixlərində Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammiti keçirilir. Bazar ertəsi qonaqlara Ermitajda qısa bir tur təşkil edilib, ardınca qeyri-rəsmi səhər yeməyi verilib.
Qeyri-rəsmi MDB sammitindəki çıxışında Putin Müstəqil Dövlətlər Birliyinin bütün üzvlərinin beynəlxalq hüquq prinsiplərinə əsaslanan ədalətli dünya nizamını dəstəklədiyini və Birləşmiş Millətlər Təşkilatının mərkəzi rol oynadığını bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, MDB ölkələri arasında milli valyutalarla hesablaşmaların payı 96%-dən çoxdur.



Baxış sayı: 217


Bölməyə aid digər xəbərlər