19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
Zelenski: "Ukrayna Rusiya ərazisində seçkilər keçirə bilməz"
Tarix: 20-12-2025 19:20 | Bölmə: Manşet

Ukrayna hakimiyyəti Rusiya Federasiyasının regionlarında seçkilər keçirə bilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev rejiminin rəhbəri Volodimir Zelenski bildirib.
Kiyevdə Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə görüşdən sonra keçirilən mətbuat konfransında Zelenski Ukraynada mümkün seçkilərin necə təşkil olunacağı ilə bağlı sualı cavablandırıb.
Kiyev rejiminin rəhbəri təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək Rusiya ərazisində seçkilərin keçirilə bilməyəcəyini bildirib.
Daha əvvəl o, Ukrayna Xarici İşlər Nazirliyinin artıq vətəndaşların xaricdə səs verməsi üçün xüsusi infrastruktur yaratmaq üzərində işlədiyini vurğulayıb.



Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər