21:27 / 17-12-2025
Məktəbdə asma tavan uçub
Bütün xəbərlər
Lukaşenko: "Qərb istənilən ölkənin qızıl və valyuta ehtiyatlarını sadəcə oğurlaya bilər"
Tarix: 18-12-2025 18:22 | Bölmə: Manşet

Belarus Prezidenti Aleksandr Lukaşenko 7-ci ÜmumBelarus Xalq Assambleyasında millətə və parlamentə müraciətində bildirib ki, Qərb istənilən ölkənin qızıl və valyuta ehtiyatlarını sadəcə oğurlaya bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Belarus liderinin qeyd etdiyi kimi, qızıl və valyuta ehtiyatları sistemi, əsasən, keçmiş ABŞ administrasiyasının yürütdüyü siyasət səbəbindən lazımsız hala düşmək riski daşıyır.
"Dünyadakı bu nəhəng, trilyon dollarlıq valyuta ehtiyatları - Çindən Əmirliklərə və daha da uzaqda - sabah, xüsusən də keçmiş ABŞ administrasiyasının yürütdüyü siyasət nəzərə alınmaqla, dəyərsizləşə bilər. Və hazırkı administrasiya bundan əl çəkməyib.O, istənilən an istənilən qızıl və valyuta ehtiyatlarına əl qoya və onları qanunsuz edə bilər, sadəcə oğurlaya bilər", - Lukaşenko çıxışını Belarus mediası yayımlayıb.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropanın dondurulmuş Rusiya aktivlərindən istifadə etmək niyyətinin böyük bir fırıldaq olduğunu bildirmişdi.O, onların mümkün müsadirəsinin cavabsız qalmayacağını və çox ciddi nəticələrə səbəb olacağını vurğulayıb.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər