20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
"Daily Express": Putin Ukraynaya sərt xəbərdarlıq etdi
Tarix: 18-12-2025 12:15 | Bölmə: Manşet

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş Kollegiya iclasında çıxışı zamanı Ukrayna ilə bağlı sərt bir açıqlama verdi. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Daily Express" jurnalistləri məlumat veriblər.
Qərb Putinin Kiyevlə Moskvanın şərtləri ilə sülh danışıqlarından nəticə çıxmazsa, Rusiyanın məqsədinə hərbi yolla çatacağı barədə açıqlamasına belə şərh verib.
Materiallarda deyilir: "O, məşum bir xəbərdarlıq etdi: əgər Kiyev mahiyyəti üzrə danışmasa, Moskva torpaqları hərbi yolla azad edəcək".
Bundan əlavə, Rusiya lideri görüş zamanı bildirib ki, Rusiya həmişə münaqişələrin diplomatik həll yollarını sona qədər tapmağa çalışıb.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər