Bütün xəbərlər
Merz: "Rusiyanın "yaxın gələcəkdə" dondurulmuş aktivlərə çıxışı olmayacaq"
Tarix: 15-12-2025 22:41 | Bölmə: Manşet

Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiya uzun müddət Avropada dondurulmuş xarici aktivlərinə çıxış əldə edə bilməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya lideri Berlində Kiyev rejiminin lideri Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı Rusiya aktivləri mövzusuna toxunub.
Kansler bildirib ki, "Rusiya Mərkəzi Bankı, eləcə də Rusiya dövləti yaxın gələcəkdə bu aktivlərə çıxış əldə edə bilməyəcək".
O, əlavə edib ki, hələ də Rusiya aktivlərinin Ukraynanı dəstəkləmək üçün istifadə olunacağına ümid edir.
Daha əvvəl Euractiv portalı 27 Aİ ölkəsinin dondurulmuş Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxdığını göstərən məlumatlar dərc edib.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər