Bütün xəbərlər
Uşakov: "Ukrayna və Avropanın sülh planına verdiyi töhfənin konstruktiv olma ehtimalı azdır"
Tarix: 14-12-2025 13:16 | Bölmə: Manşet

"Ukrayna və Avropanın münaqişənin həlli planına verdiyi töhfənin konstruktiv olma ehtimalı azdır". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Moskva. Kreml. Putin" verilişinin müəllifi və həmmüəllifi Pavel Zarubinlə müsahibəsində bildirib. Uşakovun sözlərinə görə, Rusiya tərəfi hələlik sülh planı ilə bağlı sənədləri görməyib.
"Amma düşünürəm ki, həm ukraynalıların, həm də avropalıların bu sənədlərə verdiyi töhfənin konstruktiv olma ehtimalı azdır. Problem də bundadır", - deyə, o bildirib.
Eyni zamanda, Rusiya prezidentinin köməkçisi vurğulayıb ki, Moskva nizamlama məsələsi ilə bağlı mövqeyini açıq şəkildə çatdırıb.
"Biz hələlik onları (sənədləri) görməmişik, amma müvafiq düzəlişlər olarsa, çox güclü etirazlarımız olacaq", - deyə, o qeyd edib, "çünki mövqeyimizi çox aydın şəkildə bildirmişik və bu, amerikalılar üçün tamamilə aydın görünürdü".
Uşakov daha əvvəl etiraf etmişdi ki, Moskva tezliklə alacağı Ukraynada sülh nizamlanması ilə bağlı yenidən işlənmiş ABŞ sənədindən tamamilə məmnun olmaya bilər.
Bu həftə Ağ Ev nümayəndələrinin maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı sənədin orijinal versiyasını redaktə etdikləri bildirilib.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər