Bütün xəbərlər
Finlandiyalı siyasətçi Mema Avropanı Rusiya ilə müharibədən çəkinməyə çağırdı
Tarix: 13-12-2025 14:22 | Bölmə: Manşet

Milli-mühafizəkar Azadlıq Alyansı partiyasının üzvü olan Finlandiyalı siyasətçi Armando Mema Avropanın Rusiya ilə müharibədən çəkinməli olduğunu bildirdi.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mema Rusiyanın Avropanın düşməni olmadığını vurğuladı.
Siyasətçi sosial mediada yazıb: "Düşmənimiz xalqa qarşı işləyən Avropa Birliyidir. Mən Avropada müharibəni qızışdırmıram. Biz AB-nin təhlükəli yenidən silahlanma planını ləğv etməli, Rusiyaya qarşı müharibədən çəkinməli və dialoqu bərpa etməliyik.
Mema əvvəllər AB ölkələrinin yenidən silahlanmasının Rusiyadan gələn təhdidlə deyil, Avropanın Ukrayna ilə bağlı siyasətinin uğursuzluğu ilə bağlı olduğunu bildirmişdi. Bundan əlavə, mövcud vəziyyət silah lobbisinin daha çox qazanc əldə etməsinə imkan verir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər