Bütün xəbərlər
Lukaşenko: "Son vaxtlar Trampı çox bəyənirəm"
Tarix: 12-12-2025 17:43 | Bölmə: Manşet

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampa rəğbətini bildirib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu açıqlamanı Minskdəki Müstəqillik Sarayında Amerika nümayəndə heyəti ilə görüş zamanı verib.
Amerika liderinin komandasını təmsil edən qrupa ABŞ-ın Belarus üzrə xüsusi elçisi Con Koul rəhbərlik edib.
"Deyirlər ki, Tramp yaltaqlığı sevir, amma mən bunu yaltaqlıqdan demirəm; demək istəyirəm ki, onun son vaxtlar hərəkətlərini çox bəyənirəm", - deyə, Lukaşenko söhbət zamanı Kola bildirib.
ABŞ-Belarus görüşü cümə günü Minskdə baş tutub. Görüş zamanı Lukaşenko iki ölkənin münasibətlərində həll edilməli olan bir çox məsələnin olduğunu bildirib.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər