19:09 / 10-12-2025
Bazarda yanğın baş verib
Bütün xəbərlər
Peskov: "Ukraynada prezident seçkiləri keçirilməlidir"
Tarix: 11-12-2025 20:24 | Bölmə: Manşet

Ukrayna Konstitusiyasına uyğun olaraq, Vladimir Zelenskinin prezidentlik müddəti başa çatdığı üçün respublikada seçkilər keçirilməlidir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, bunu jurnalistlərlə söhbətində bildirib.
"Konstitusiyaya görə, Ukrayna prezidentinin səlahiyyət müddəti başa çatıb. Buna görə də seçkilər keçirilməlidir", - deyə, Peskov bildirib.
9 dekabrda ABŞ prezidenti Donald Tramp Ukraynanın prezident seçkilərini keçirməsinin vaxtının çatdığını, çünki ölkənin seçim imkanı olduğunu bildirib. Kiyev rejiminin rəhbəri Zelenski Amerika liderinin çağırışına cavab olaraq hazır olduğunu bildirib.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zelenskinin qanuni olaraq başqa bir müddətə yenidən seçilmək şansının olmadığını bildirib. Onun sözlərinə görə, o, yalnız Qərb tərəfindən artıq sınaqdan keçirilmiş qondarma Moldova ssenarisindən istifadə etməklə və Avropa, ABŞ, Kanada və digər ölkələrdə yaşayan Ukrayna diasporundan seçicilərin iştirakı ilə qalib gələ biləcək.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər