19:09 / 10-12-2025
Bazarda yanğın baş verib
Bütün xəbərlər
Merz: "AB liderləri Trampa Kiyev üçün ərazi güzəştləri təklifi təqdim etdilər"
Tarix: 11-12-2025 15:36 | Bölmə: Manşet

Telefon danışığı zamanı Avropa liderləri ABŞ prezidenti Donald Trampa münaqişənin həlli planının bir hissəsi olaraq Ukrayna üçün ərazi güzəştləri təklifini təqdim etdilər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bunu açıqladı.
Merz NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında telefon danışığını "konstruktiv" adlandırdı.
TASS-ın məlumatına görə, Almaniya kansleri "Dünən günortadan sonra Prezident Trampla çox ətraflı söhbət etdik" dedi.
O, Avropa liderlərinin Trampın əvvəllər bilmədiyi bir təklifi olduğunu qeyd etdi.
"Dünən günortadan sonra bunu etdik. Əsas sual Ukraynanın hansı ərazi güzəştlərinə getməyə hazır olmasıdır" deyə, Almaniya kansleri vurğuladı.
Daha əvvəl Fransa prezidenti Emmanuel Makron Tramp və onun avropalı həmkarları - Britaniya Baş naziri Keyr Starmer və Almaniya kansleri Fridrix Merz ilə telefon danışığı elan etmişdi. Yelisey Sarayının məlumatına görə, söhbət Ukrayna məsələsinə yönəlib.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər