19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
Cəlali: "Rusiya və İran prezidentləri arasında Türkmənistanda görüş planlaşdırılır"
Tarix: 10-12-2025 21:40 | Bölmə: Manşet

İran prezidenti Məsud Pezeşkyanla Rusiya lideri Vladimir Putin arasında Türkmənistanda görüş planlaşdırılır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.
Onun sözləri İran səfirliyinin Telegram kanalında sitat gətirilib.
İran səfirliyi Cəlalinin sözlərinə istinadən bildirib ki, "İran və Rusiya prezidentləri Aşqabadda görüşəcəklər".
Kremlin mətbuat xidməti əvvəllər Rusiya prezidenti Vladimir Putinin 11-12 dekabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabada səfər edəcəyini açıqlayıb. Qeyd olunub ki, Rusiya lideri hər iki ölkənin liderləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.



Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər