Bütün xəbərlər
İsrail Prezidenti Herzoq korrupsiyada ittiham edilən Netanyahunu əfv etməkdən imtina etdi
Tarix: 07-12-2025 20:14 | Bölmə: Manşet

İsrail Prezidenti İsaak Herzoq ABŞ Prezidenti Donald Tramp tərəfindən müdafiə edilən Baş nazir Benyamin Netanyahunu əfv etməkdən imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu Politico-ya verdiyi müsahibədə bildirib və vəziyyətə "tamamilə ciddi" yanaşacağını qeyd edib.
"Prezident Trampın dostluğuna və fikrinə hörmət edirəm, amma İsrail suveren bir ölkədir. Hər kəs başa düşür ki, istənilən profilaktik əfv öz mahiyyəti üzrə nəzərdən keçirilməlidir", Herzoq deyib.
Benyamin Netanyahu üç korrupsiya işində ittiham olunur: media tənzimləməsində fırıldaqçılıq, 700.000 şekeldən çox dəyərində qanunsuz hədiyyələr almaq və rüşvətxorluq.
Tramp 13 oktyabrda Herzoq-a Netanyahunu əfv etmək təklifi ilə müraciət edərək İsrail Baş nazirini "ən böyüklərindən biri" adlandırıb. Daha sonra Tramp İsrail Prezidentinə məktub göndərərək Netanyahunu əfv etməyi düşünməsini istəyib.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər