19:28 / 02-12-2025
Moqerini saxlanıldı
Bütün xəbərlər
Putin Hindistana səfərindən əvvəl "India Today"a müsahibə verib
Tarix: 03-12-2025 23:08 | Bölmə: Manşet

Rusiya Prezidenti Vladimir Putin Yeni Dehliyə səfərindən əvvəl "India Today"a müsahibə verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kanal müsahibəni canlı yayımda elan edib.
Rusiya lideri ilə müsahibə daha sonra dərc olunacaq və söhbətin mahiyyəti hələlik açıqlanmır.
"Vladimir Putin diqqət mərkəzindədir. O, hazırda saatın adamıdır", - aparıcı Putinin kanala müsahibəsini açıqlayarkən bildirib.
Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov prezidentin Yeni Dehliyə səfərinin 4 dekabrda başlayacağını açıqlamışdı. Cədvələ Hindistanın Baş naziri Narendra Modi ilə qapalı görüşlər daxildir. Bundan sonra Putin, Hindistan Prezidenti Draupadi Murmu və Modi arasında rəsmi qarşılanma mərasimi, eləcə də Mahatma Qandi abidəsini ziyarət ediləcək.
Putin və Modi həmçinin Rusiya-Hindistan Biznes Forumunda və RT India televiziya kanalının açılışında iştirak edəcəklər. Putinin Hindistana səfəri 5 dekabrda başa çatacaq.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər