Bütün xəbərlər
Peskov: "Putin gələn həftənin birinci yarısında Uitkoffu qəbul edəcək"
Tarix: 28-11-2025 22:41 | Bölmə: Manşet

Rusiya Prezidenti Vladimir Putin gələn həftənin birinci yarısında ABŞ-ın xüsusi elçisi Stiven Vitkoffu qəbul edəcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü bu açıqlamanı jurnalistlərə Putinlə ABŞ-ın xüsusi elçisi arasında görüşün nə vaxt baş tuta biləcəyi ilə bağlı suala cavab olaraq verib.
"Həftənin birinci yarısında. Tarixi vaxtında açıqlayacağıq", - Peskov deyib.
26 noyabrda Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyanın Uitkoffun Moskvaya səfəri zamanı ABŞ-ın sülh planı ilə bağlı rəsmi müzakirələrə başlayacağını açıqlayıb. Uşakov Uitkoffun tək gəlməyəcəyinə ümid etdiyini bildirib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər