Bütün xəbərlər
Lixaçev Qrossini BMT Baş katibi vəzifəsinə layiqli namizəd adlandırdı
Tarix: 27-11-2025 19:52 | Bölmə: Manşet

Rosatom-un baş direktoru Aleksey Lixaçev bildirib ki, AEBA direktoru Rafael Qrossi BMT Baş katibi vəzifəsinə layiqli namizəddir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun şərhləri "Rossiya 24" kanalında yayımlanıb.
Onun sözlərinə görə, son illərin hadisələri Qrossinin yaxşı diplomat, sözünün sahibi və dürüst lider olduğunu göstərib.
"Mən inanıram ki, o, layiqli namizəddir. Son illərdə baş verənlər, AEBA-dakı rəhbərliyi onu böyük D hərfi ilə diplomat, nüvə enerjisinin detallarını dərindən araşdıran və ən əsası, sözünə əməl edən bir insan kimi göstərir", - deyə, Rosatom-un baş direktoru vurğulayıb.
Daha əvvəl Argentina Xarici İşlər Nazirliyi ölkənin Qrossini BMT Baş katibi vəzifəsinə namizəd göstərdiyini açıqlayıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər