Bütün xəbərlər
Putin növbəti KTMT zirvə toplantısının Moskvada keçiriləcəyini açıqladı
Tarix: 27-11-2025 12:05 | Bölmə: Manşet

 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti zirvə toplantısı 11 noyabr 2026-cı ildə Moskvada keçiriləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib. Görüntülər "Rossiya 24" televiziya kanalında nümayiş etdirilib.
Rusiya KTMT-yə sədrliyi 1 yanvar 2026-cı ildə öz üzərinə götürəcək. Toplantı "Çoxqütblü Dünyada Kollektiv Təhlükəsizlik - Ortaq Məqsəd, Ortaq Məsuliyyət" devizi altında keçiriləcək.
"Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasının 11 noyabr 2026-cı ildə Moskvada keçirilməsi barədə razılığa gəlinib. Sizi Rusiya paytaxtında görməyə şad olarıq", - deyə, Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasında bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya bu il təşkilata sədrliyi çərçivəsində Qırğızıstana lazımi yardım göstərəcək.
Putin daha əvvəl Rusiyanın KTMT daxilində davamlılığı qorumaq üçün hər şeyi edəcəyini bildirmişdi.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər