20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Makron: "Fransa gənclərini Ukraynaya döyüşməyə göndərməyəcək"
Tarix: 25-11-2025 12:27 | Bölmə: Manşet

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, milli hərbi xidmətin islahatı gənclərin Ukraynaya döyüşməyə göndərilməsi demək deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa lideri həmçinin silahlı qüvvələr və dövlət arasında daha güclü əlaqələrin qurulmasına çağırıb.
RTL radiosu Makrondan sitat gətirib: "Biz hazırda gənclərimizi Ukraynaya göndərəcəyimizlə bağlı hər hansı bir yanlış təsəvvürü tamamilə aradan qaldırmalıyıq. Bu, qətiyyən belə deyil".
17 noyabrda Makron və Kiyev rejiminin lideri Vladimir Zelenski iki ölkə arasında Ukraynanın müdafiəsini gücləndirmək üçün müqavilə imzalayıblar. Əməkdaşlığa Kiyevin Fransa müdafiə avadanlıqlarını alması da daxildir.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər