Bütün xəbərlər
Peskov: "Moskvaya Zelenskinin Trampın planı ilə razılaşması barədə məlumat verilməyib"
Tarix: 21-11-2025 10:53 | Bölmə: Manşet

Rusiyaya hələ ki, Vladimir Zelenskinin ABŞ prezidenti Donald Trampın sülh planı üzrə danışıqlara razılaşması barədə məlumat verilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
20 noyabrda Zelenskinin ofisi ABŞ-dan Ukrayna üçün sülh planı aldığını açıqlayıb. Financial Times qəzetinin məlumatına görə, Vaşinqton Zelenskinin 27 noyabra qədər sülh planını imzalamasını gözləyir.
"Peskov mənə dedi ki, Moskvaya hələ ki, Zelenskinin Trampın sülh planı üzrə danışıqlara razılaşması barədə məlumat verilməyib", Kreml jurnalisti Aleksandr Yunaşev Telegram kanalında yazıb.
O qeyd edib ki, Kiyevin danışıqlara hazırlığı, sülh planının şərtləri və ya sənədin mümkün imzalanma tarixləri ilə bağlı mediada yayılan xəbərlərin rəsmi təsdiqi yoxdur.



Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər