13:12 / 19-11-2025
Ronaldo Ağ Evdə - Video
Bütün xəbərlər
Peskov: "Putin gündəlik işində süni intellektdən istifadə etmir"
Tarix: 20-11-2025 14:51 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib ki, Rusiya prezidenti Vladimir Putin işində süni intellektdən istifadə etmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, Kremldə bu cür texnologiyalardan böyük həcmdə məlumatların emalı üçün istifadə olunur. O, süni intellektin "Birbaşa Xətt" üçün sorğuların emalında köməyini xatırladıb.
"Prezidentin özü işində süni intellektdən istifadə etmir", - deyə, mətbuat katibi bildirib.
19 noyabrda Vladimir Putin Sberbankın qərargahında keçirilən 10-cu Beynəlxalq Süni İntellekt Səyahəti Konfransında çıxış edib. Rusiya prezidenti çıxışı zamanı bildirib ki, Rusiya süni intellekt texnologiyalarının inkişafını dayandırmamalıdır.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər