Bütün xəbərlər
Albaniya Baş naziri: "AB Rusiya ilə dialoqa girməlidir"
Tarix: 08-11-2025 17:58 | Bölmə: Manşet

Biz Rusiya ilə dialoqa girməliyik.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu məsləhəti Albaniyanın Baş naziri Edi Rama Avstriyanın "Die Presse" qəzetinə verdiyi müsahibədə Avropa Birliyinə verib.
Albaniya hökuməti başçısının sözlərinə görə, AB xarici siyasətini Vaşinqtona təslim etməməlidir.
"Nəticə etibarilə, Rusiya ABŞ-ın deyil, Avropa Birliyinin qonşusudur və siz qonşularınızla danışmalısınız", - deyə, Rama bildirib.
RİA Novosti xəbər verir ki, eyni zamanda Albaniya Baş naziri Tirananın Moskva ilə xüsusi münasibətlərinin olduğunu vurğulayıb. Tirana 1961-ci ildə Moskva ilə diplomatik münasibətləri kəsib, çünki albanlar öz Stalinist yollarını davam etdirmək istəyirdilər.
"Bu, xalqımızın kollektiv şüurunda ruslara və Rusiyaya qarşı dərin inamsızlıq və düşmənçilik hissi yaradıb", - deyə, Albaniya Baş naziri bildirib.
Edi Rama sözünə davam edərək bildirib ki, demokratiyaya keçiddən keçən 35 il ərzində Albaniya ilə Rusiya arasında bir dəfə də olsun dövlət səfəri olmayıb. Lakin o, bunun Albaniyanı xüsusilə narahat etmədiyini bildirib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər