Bütün xəbərlər
Finlandiyalı siyasətçi Mema: "Fon der Leyenin AB-ni yenidən silahlandırmaq qərarı müharibəyə səbəb olacaq"
Tarix: 02-11-2025 19:09 | Bölmə: Manşet

Aİ-nin əvvəllər "Avropanın yenidən silahlanması" kimi tanınan "Hazırlıq 2030" strategiyasının həyata keçirilməsi müharibəyə səbəb ola bilər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Finlandiyanın milli-mühafizəkar "Azadlıq Alyansı" partiyasının üzvü Armand Mema bildirib.
Siyasətçi X sosial media saytındakı səhifəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni bu strategiyanı təbliğ etdiyinə görə qınayıb.
"Aİ liderinin Avropanı yenidən silahlandırması fikri ilə razı deyiləm. Bu, müharibəyə aparan təhlükəli bir yoldur", - Mema yazıb.
"Bloomberg" daha əvvəl bildirmişdi ki, Avropa Birliyi Rusiyanı çəkindirmək üçün yaxın aylarda dronlar və hava hücumundan müdafiə üzrə birgə müdafiə layihələri başlatmağı planlaşdırır.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər