20:31 / 22-10-2025
Min illik balta tapılıb
09:35 / 22-10-2025
Əməkdar həkim vəfat etdi
Bütün xəbərlər
Ryabkov: "NATO-nun aqressivliyi Rusiyanı kompensasiya xarakterli hərbi-texniki tədbirlər görməyə sövq edir"
Tarix: 22-10-2025 19:54 | Bölmə: Manşet

NATO ölkələrinin təcavüzkar siyasəti Rusiyanı kompensasiya xarakterli hərbi-texniki tədbirlər görməyə vadar edir, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Diplomat qeyd edib ki, NATO-nun bu siyasəti həm də konstruktiv dialoqa ciddi maneələr yaradır.
“Yuxarıda qeyd olunanlar təkcə nüvə tərksilahı və silahlara nəzarət üzrə konstruktiv dialoqa ciddi maneələr yaratmır, həm də digər dövlətləri, o cümlədən Rusiyanı kompensasiya xarakterli hərbi-texniki tədbirlər görməyə məcbur edir”, - deyə, xarici işlər nazirinin müavini TASS-dan sitat gətirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Rusiyanın NATO və ya Aİ dövlətlərinə hücum etmək planı yoxdur, lakin onların hər hansı təcavüzü qəti şəkildə dəf olunacaq.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər