09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Qrossi: "Rusiya və Ukrayna ilə görüşlərdən sonra Zaporojye AES-in enerji təchizatının bərpasına başlanılıb"
Tarix: 09-10-2025 23:32 | Bölmə: Manşet

Rusiya və Ukrayna nümayəndələri ilə keçirilən görüşlərdən sonra Zaporojye AES-in elektrik təchizatı xəttinin bərpası prosesinə başlanılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi məlumat verib.
Qrossi qeyd edib ki, Rusiya və Ukrayna tərəfləri nüvə təhlükəsizliyini təmin etmək üçün MAQATE ilə konstruktiv əməkdaşlığı davam etdirirlər.
"İntensiv məsləhətləşmələrdən sonra xarici enerji təchizatının bərpasına aparan proses başlanıb - Dneprovska və Ferosplavna-1 xətləri vasitəsilə", - o deyib.
Sentyabrın 23-də Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində Zaporojye AES-in sonuncu xarici elektrik təchizatı xətti - 750 kV-luq Dneprovska xətti zədələnib. Bunun ardınca stansiya 2022-ci ilin fevralından onuncu dəfədir ki, xarici elektrik enerjisindən tamamilə ayrılıb. Stansiya rəhbərliyi ərazinin ukraynalı yaraqlılar tərəfindən davamlı atəşə tutulması səbəbindən bərpa müddətinin müəyyənləşdirilməsinin çətin olduğunu vurğulayıb.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər