09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Peskov: "Kreml Putin-Əliyev görüşü ərəfəsində nikbindir"
Tarix: 09-10-2025 10:36 | Bölmə: Manşet

Kreml Rusiya lideri Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşü ərəfəsində nikbindir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, iki lider Moskva və Bakı arasında münasibətlərdə “problemli məsələləri” müzakirə etməyi planlaşdırır.
"Hazırda biz Putinin Tacikistana dövlət səfərini müzakirə edirik. Bizim çox geniş gündəliyimiz var. Təbii ki, ayrı-ayrılıqda Rusiya-Azərbaycan münasibətləri məsələsidir", - Peskov bildirib.
Bir gün əvvəl Vladimir Putin Tacikistana işgüzar səfərə gəlib. Tacikistan paytaxtının hava limanında Rusiya liderini prezident Emoməli Rəhmon qarşılayıb, fəxri qarovul dəstəsi düzülüb.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər