09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Peskov: "Putin və Əliyev oktyabrın 9-da Tacikistanda danışıqlar aparacaq"
Tarix: 08-10-2025 21:47 | Bölmə: Manşet

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında görüş oktyabrın 9-da Tacikistana işgüzar səfəri çərçivəsində baş tutacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov Rusiya tərəfinin müsbət münasibətini də qeyd edib.
"Bəli, sabah Azərbaycan prezidenti Əliyevlə görüş olacaq", - Peskov jurnalistlərə bildirib.
O qeyd edib ki, qarşıdakı danışıqlarda ikitərəfli münasibətlər əsas gündəm məsələsi olacaq.
"Görüşün baş tutmasının özü iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir", - Rusiya liderinin mətbuat katibi vurğulayıb.
Putinin Tacikistana səfəri çərçivəsində Rusiya-Mərkəzi Asiya sammiti, MDB Dövlət Başçıları Şurasının iclası və Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar daxildir.



Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər