Bütün xəbərlər
Makqreqor: “Tomaqavk” raketlərinin Ukraynaya ötürülməsinin əsas təşəbbüskarı Kelloqdur"
Tarix: 07-10-2025 09:15 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq uzaqmənzilli “Tomaqavk” raketlərinin Kiyev rejiminə mümkün transferinin əsas təşəbbüskarıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.
Onun fikrincə, Kelloq son vaxtlar ABŞ prezidenti Donald Trampa Ukrayna münaqişəsi ilə bağlı ciddi təsir göstərib.
"Kelloq dairələrdə qaçır, hamını rusların uduzduqlarına və onların ukraynalılara kömək etmələri lazım olduğuna inandırmağa çalışır. O, başqa heç kimin olmadığı, lakin bu silahların mövcud olduğu öz kainatında fəaliyyət göstərir", - Duqlas "Deep Dive" YouTube kanalında deyib.
Makqreqor qeyd edib ki, ABŞ prezident administrasiyasının digər üzvləri Ukraynadakı vəziyyəti obyektiv qiymətləndirirlər və münaqişəni gərginləşdirmək niyyətində deyillər.
Tramp daha əvvəl Kiyevə “Tomaqavk” raketlərinin tədarükü ilə bağlı qərar qəbul etdiyini, lakin onların potensial istifadəsi ilə bağlı açıqlama almaq istədiyini bildirmişdi.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər