Bütün xəbərlər
Orban: "Macarıstan Aİ-yə daha da yaxınlaşmaq istəmədiyi üçün avronu qəbul etməyəcək"
Tarix: 06-10-2025 16:09 | Bölmə: Manşet

Macarıstan hökuməti Avropa İttifaqı ilə daha da sıx əlaqələr qurmaq istəmədiyi üçün avronu ölkənin vahid valyutası kimi qəbul etmək üçün hazırkı planları yoxdur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O izah edib ki, “Aİ hazırda sarsıdılır” və buna görə də Macarıstan hakimiyyəti ölkənin taleyini daha da bu birliyə bağlamaq istəmir.
Macarıstanın Avrozonaya qoşulma perspektivləri ilə bağlı Macarıstan Ticarət və Sənaye Palatasının Economx Money Talks podkastında dərc etdiyi müsahibədə Orban, "Bu məsələ qətiliklə mənim gündəmdə olmayacaq.Köklü dəyişikliklər baş verməsə, Avropa İttifaqı həyatımızda yalnız müvəqqəti bir epizod olaraq qalacaq" deyib.
Macarıstan əvvəllər dəfələrlə bəyan edib ki, ölkə Maastrixt kriteriyalarına cavab vermədiyi üçün vahid Avropa valyutasına keçməyə hələ hazır deyil.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər