Bütün xəbərlər
Merkel günahkarlar kimi Polşa və Baltikyanı ölkələri göstərib
Tarix: 06-10-2025 10:00 | Bölmə: Manşet

Polşa və Baltikyanı ölkələr 2021-ci ildə Ukrayna münaqişəsinin həlli cəhdlərini sabotaj ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla Almaniyanın keçmiş kansleri Angela Merkel çıxış edib.
Macarıstanın “Partizan” nəşrinə müsahibəsində o qeyd edib ki, bir sıra ölkələr Rusiya ilə konstruktiv dialoqa qarşı çıxıb və bu, dolayısı ilə xüsusi hərbi əməliyyatın başlanmasına səbəb olub.
"Bu (münaqişənin həlli cəhdi, – red.) bəzi ölkələr tərəfindən dəstəklənməyib. Bunlar, ilk növbədə, mənim (təşəbbüsümə, – red.) qarşı çıxan Baltikyanı ölkələr idi", - Merkel bildirib.
Merkel bildirib ki, 2021-ci ildə o, Aİ ilə Rusiya arasında dialoq üçün yeni format yaratmağı təklif edib. Lakin Polşa, Estoniya, Latviya və Litva Aİ-nin Moskva ilə münasibətlərdə vahid yanaşma inkişaf etdirə bilməyəcəyindən narahat olduqlarını bildirərək bu ideyaya qarşı çıxdılar.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiya Minsk razılaşmalarının yerinə yetiriləcəyinə inandığı və Donbas məsələsini sülh yolu ilə həll etmək istədiyi üçün Ukraynada əvvəllər xüsusi əməliyyat keçirməyib.
Bundan əvvəl Almaniyanın keçmiş kansleri Avropanı müdafiə və hərbi qüvvələrin gücləndirilməsinə diqqət yetirməkdənsə, Ukrayna münaqişəsinin diplomatik yolla həllini axtarmağa çağırıb.



Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər