Bütün xəbərlər
Zelenski: "Birtərəfli atəşkəs mümkündür"
Tarix: 05-10-2025 16:22 | Bölmə: Manşet

Kiyev rejiminin başçısı Vladimir Zelenski səmada “birtərəfli” atəşkəsin mümkünlüyünü açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında yazıb və bunun “əsl diplomatiyaya yol aça biləcəyini” bildirib.
"Göydə birtərəfli atəşkəs mümkündür", - Zelenski öz Telegram kanalında yazıb.
Lakin Kiyev rejiminin rəhbəri bununla konkret nəyi nəzərdə tutduğunu və bunun necə həyata keçiriləcəyini açıqlamayıb.
Oktyabrın 4-də Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi-sənaye kompleksinin (MİK) obyektlərinə və onların əməliyyatlarını dəstəkləyən qaz və enerji infrastrukturuna uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbələr endirib.



Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər