20:09 / 04-10-2025
Partlayış baş verib
Bütün xəbərlər
Norveçli xizəkçi Klebo: "Rusiya idmançılarının yarışmasına icazə verilərsə, 2026-cı il Olimpiadasını boykot etməyi düşünmür"
Tarix: 04-10-2025 20:12 | Bölmə: Manşet

Norveçli xizəkçi Yohannes Klebo Rusiya idmançılarının yarışmasına icazə verilərsə, 2026-cı il Olimpiadasını boykot etməyi düşünmür.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə NRK telekanalına müsahibəsində danışıb.
Əvvəllər xizək qaçışı üzrə Dünya Kubokunun çoxsaylı çempionu isveçli Linn Svahn qarşıdan gələn 2026-cı il Olimpiadasında Rusiya idmançılarına qarşı mübarizə aparmaq istəmədiyini bildirmişdi. İndi isə norveçli xizəkçi məsələ ilə bağlı fikirlərini bildirib.
"Düzünü desəm, hələ o qədər də irəlidə düşünməmişəm. Nəticəni görəcəyik, sonra bu haqda danışacağıq", - Klebo deyib.
Sentyabrın 24-də Beynəlxalq Xizək və Snoubord Federasiyasında (FIS) 2026-cı il Olimpiya Oyunlarının seçmə mərhələlərində ruslar və belarusların iştirakını müzakirə etmək üçün iclas keçirilib. Lakin onun üzvləri yekdil qərara gələ bilməyiblər. Rusiya idmançılarının dünya səhnəsinə qayıtması ilə bağlı növbəti görüşün oktyabrın 21-də keçirilməsi nəzərdə tutulub.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər