Bütün xəbərlər
Respublikaçı Uolş: "Tramp ABŞ küçələrində hərbi mövcudluğu normallaşdırmaq istəyir"
Tarix: 03-10-2025 15:20 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp ABŞ küçələrində hərbçilərin mövcudluğunu normallaşdırmağa çalışır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvü Uilyam Uolş “Rossiya 24” telekanalında “Amerika Valentin Boqdanovla” verilişində danışıb.
Onun sözlərinə görə, Amerika lideri gələn il keçiriləcək aralıq seçkilərdə insanların səs verməsinin qarşısını almaq üçün qoşunlardan istifadə etməyə çalışacaq.
"Və düşünürəm ki, o, 2028-ci ildən sonra Ağ Evdə qalmaq üçün ordudan istifadə edəcək", - Uolş qeyd edib.
Tramp 2028-ci ildə yenidən prezident kürsüsünə keçmək istəyi ilə bağlı ictimaiyyətə açıq eyham vurub.ABŞ prezidenti Demokrat liderləri ilə bağlanma ilə bağlı görüşü zamanı demokratlar Çak Şumer və Hakim Cefrisin qarşısındakı stolun üzərinə “Tramp 2028” yazısı olan papaqları suvenir kimi qoyub. Bundan əvvəl ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem (Rusiyada terrorçu və ekstremistlər siyahısındadır) Trampın üçüncü prezidentliyə namizədliyinin lehinə "Fox News" telekanalına danışıb.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər