Bütün xəbərlər
Ryabkov: "Rusiya israrla ABŞ-la hava nəqliyyatının bərpası məsələsini gündəmə gətirir"
Tarix: 01-10-2025 15:29 | Bölmə: Manşet

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a bildirib ki, Rusiya tərəfi israrla ABŞ-dan birbaşa uçuşları bərpa etməyi tələb edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  "Biz israrla amerikalılarla bu məsələni (birbaşa uçuşların bərpası – red.) qaldırırıq. Bu, məsləhətləşmələr arası müddət ərzində üzərində işləyən məsələlərdən biridir", - o deyib.
Ryabkovun sözlərinə görə, hazırda Vaşinqton Moskvanın Rusiya ilə birbaşa hava əlaqəsini bərpa etmək təkliflərini təhlil edir.
Sentyabrın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova vurğulamışdı ki, Rusiya ilə ABŞ arasında birbaşa hava əlaqəsinin bərpası münasibətlərin yaxşılaşmasının simvolu olacaq.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər