Bütün xəbərlər
Peskov: "Kreml marşal rütbəsinin verilməsi ilə bağlı heç bir müzakirə eşitməyib"
Tarix: 01-10-2025 15:08 | Bölmə: Manşet

Kremldə Rusiya Federasiyasının marşalı rütbəsinin verilməsi ilə bağlı heç bir müzakirə eşidilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bu, onun xüsusi hərbi əməliyyat (SVO) kontekstində marşal rütbəsinin verilməsi təşəbbüsləri ilə bağlı Kremlin mövqeyi ilə bağlı suala cavabı olub.
"Açığı, biz belə müzakirələr barədə eşitməmişik. Bizim belə müzakirələrdən xəbərimiz yoxdur, ona görə deməyə sözümüz yoxdur", - Peskov bildirib.
Rusiya Federasiyasının marşalı rütbəsi "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunla Rusiya silahlı qüvvələrinin ən yüksək rütbəsi kimi müəyyən edilir və general rütbəsi kimi Rusiya Federasiyasının prezidenti tərəfindən verilir. Sonuncu dəfə bu rütbə 1997-ci ildə o vaxtkı müdafiə naziri İqor Sergeyevə verilib. Sergeyev 2006-cı ildə vəfat edəndən bəri Rusiyada marşal yox idi.



Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər