Bütün xəbərlər
Peskov: "Putinin Zelenski ilə görüşü Kiyevin hərəkətlərinə görə hazırda mümkün deyil"
Tarix: 01-10-2025 14:23 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında görüş hazırda qeyri-mümkündür, çünki Kiyev danışıqlar prosesinin davam etdirilməsində maraqlı deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yalnız ekspertlər səviyyəsində danışıqlar Rusiya və Ukrayna arasında əlaqələri hazırlaya bilər.
“Təəssüf ki, biz hazırda Ukrayna tərəfi ilə belə bir görüşü hazırlaya bilmirik, çünki Kiyev rejimi danışıqlar prosesini, İstanbul prosesini davam etdirməyə tələsmir, təqdim olunan sənədlər layihələrinə ləng reaksiya verir və üç işçi qrupunun yaradılması təkliflərinə cavab verməkdə ləng gedir”, - o deyib.
Kreml sözçüsü əlavə edib ki, hazırda danışıqlar prosesində pauza var. Bununla belə, Rusiya Ukrayna böhranının diplomatik yollarla həllinə açıq qalır.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər