Bütün xəbərlər
Lavrov: "Kiyev “Rusiyaya aparılan uşaqların” etibarlı siyahısını təqdim etməyib"
Tarix: 30-09-2025 14:56 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukrayna tərəfi Rusiyaya aparıldığı iddia edilən uşaqların tam siyahısını təqdim etməyib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bunu Valday Beynəlxalq Diskussiya Klubunun 22-ci illik toplantısı çərçivəsində bəyan edib. Nazirin mətbuat konfransı “Rossiya 24” telekanalı tərəfindən yayımlanır.
Lavrovun sözlərinə görə, Ukrayna siyahısında İstanbulda təhvil verilən uşaqların əksəriyyəti ya uşaq deyil, ya da Rusiyadan kənarda yerləşir.
"Ukraynalılar xeyli inandırdıqdan sonra 339 uşaqdan ibarət siyahını təhvil verdilər. Onların əksəriyyətinin uşaq deyil, böyüklər olduğu və onların Rusiya Federasiyasının ərazisində olmaları ilə heç bir əlaqəsi olmadığı üzə çıxdı. Əksəriyyət Rusiyada deyil, Avropada olub", - Rusiya XİN rəhbəri bildirib.
Bundan əvvəl İstanbulda danışıqlar zamanı Rusiya tərəfi Ukraynada qalan və ya Aİ ölkələrinə aparılan uşaqların geri qaytarılması məsələsini qaldırmışdı. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, Rusiya Rusiyada olduğu güman edilən 339 uşaqdan ibarət Ukrayna siyahısına hərtərəfli baxış keçirib. Bu uşaqların əksəriyyətinin heç vaxt Rusiya sərhəddini keçmədiyi müəyyən edilib.



Baxış sayı: 69


Bölməyə aid digər xəbərlər