Bütün xəbərlər
Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib, lakin şərt qoyub
Tarix: 29-09-2025 19:10 | Bölmə: Manşet

Kiyev rejiminin lideri Vladimir Zelenski bəyan edib ki, Ukrayna təmas xətti əsasında nizamlama üzrə danışıqlara hazırdır, lakin o, həm də şərt qoyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Varşava Təhlükəsizlik Forumunda bildirib.
“Döyüşlərin getdiyi təmas xəttinə və ya cəbhə xəttinə gəlincə, biz liderlərin atəşkəs barədə razılığa gələ biləcəyi və komandaların müharibəni bitirmək planı üzərində işləməyə başlaya biləcəyi cəbhə xəttindən diplomatik danışıqlara başlaya bilərik...” o deyib.
Zelenski də şərt qoydu. Onun sözlərinə görə, Rusiya “Ukraynada yeni sərhəd xətləri çəkməməlidir”.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nizamlanma prosesindəki fasiləni Kiyevin dialoqa getmək istəməməsi ilə əlaqələndirmişdi. Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində Zelenskinin “masada yaxşı təklifi olduğunu” bildirib.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər