Bütün xəbərlər
Qrossi etiraf edib ki, “bəziləri” nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır
Tarix: 28-09-2025 15:20 | Bölmə: Manşet

“Bəzilərinin” nüvə obyektlərinə zərbə endirmək planları ola bilər, lakin bu yaxşı hal deyil, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi “Moskva. Kreml. Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, MAQATE rəhbəri belə halların qarşısının alınmasının vacibliyini vurğulayıb.
"Bəzilərinin belə planları ola bilər, lakin bu yaxşı hal deyil. Çoxlu risklər var. Ona görə də biz bundan qaçmalıyıq", - Qrossi nüvə obyektlərinin bombalanmasının icazəli olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Sentyabrın 26-da Rafael Qrossi Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdə Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyini müzakirə edib.



Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər