10:59 / 24-09-2025
Dostuna bıçaqla hücum edib
Bütün xəbərlər
Ərdoğan: "NATO Rusiya və Ukrayna ilə münasibətlərdə Türkiyədən nümunə götürməlidir"
Tarix: 23-09-2025 06:30 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan digər NATO ölkələrinə Rusiya və Ukrayna ilə qarşılıqlı əlaqədə Ankaranın təcrübəsini mənimsəməyi təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  o, hazırkı beynəlxalq vəziyyəti nəzərə alaraq, bu yanaşmanın Şimali Atlantika Alyansı üçün faydalı ola biləcəyini bəyan edib.
“NATO bizim həm Rusiyaya, həm də Ukraynaya tətbiq etdiyimiz modeldən istifadə etməlidir”, – siyasətçi Amerikanın “Fox News” telekanalına müsahibəsində deyib.
Bundan başqa, Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin münasibətlərinin ilk günlərindən bəri yaxşı olduğunu bildirib.
Bundan əvvəl Türkiyə lideri İkinci Dünya Müharibəsindən sonra sülhü qorumaq üçün yaradılmış BMT-nin artıq vəzifəsinin öhdəsindən gəlmədiyi barədə fikir bildirib.
Türkiyə prezidenti həmçinin hesab edir ki, BMT Təhlükəsizlik Şurasında islahatlara təcili ehtiyac var.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər