Bütün xəbərlər
Zelenski: "Kiyev NATO tərəfdaşlarına tələb olunan hava hücumundan müdafiə vasitələrinin siyahısını verib"
Tarix: 22-09-2025 19:46 | Bölmə: Manşet

Kiyevin baş naziri Vladimir Zelenski bəyan edib ki, Ukrayna NATO tərəfdaşlarına tələb olunan hava hücumundan müdafiə vasitələrinin siyahısını verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski NATO-nun baş katibi Mark Rutte ilə söhbətini Telegram kanalında paylaşıb.
"Ukrayna partnyorlarına təcili hava hücumundan müdafiə ehtiyaclarını - mövcudluğu hadisələrə əhəmiyyətli təsir göstərə və Rusiyanın döyüş qabiliyyətini məhdudlaşdıra bilən sistemlər və raketləri çatdırıb", - Kiyevin baş naziri yazıb.
Onun sözlərinə görə, Rutte artıq bu məsələ ilə bağlı tərəfdaşlarla təmaslara başlayıb.
Daha əvvəl Zelenski bəyan edib ki, Kiyev Varşava və Buxarestlə pilotsuz təyyarələrə qarşı tədbirləri müzakirə edir.



Baxış sayı: 392


Bölməyə aid digər xəbərlər